İran general Qasım Süleymaninin öldüyünü təsdiq edib

İran general Qasım Süleymaninin öldüyünü təsdiq edib
  • DÜNYA

İran İnqilabı Keşikçiləri Qvardiyası ("Sepah”) "Quds” qanadının komandanı general Qasım Süleymaninin Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldüyünü təsdiq edib.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə "PRESS TV” məlumat yayıb.
Qeyd olunub ki, atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb. 
Pentaqon da ABŞ-ın raket zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının ("Sepah”) "Quds” qanadının komandanı general Qasım Süleymaninin öldüyünü rəsmi olaraq təsdiq edib.
Nazirlik raketlərin ABŞ Prezidenti Donald Trampın əmri əsasında atıldığını bildirib.
"General Süleymani ABŞ diplomatlarına, İraq və digər ölkələrdəki hərbçilərə hücum planları üzərində fəal işləyirdi. Süleymani bu həftə Bağdaddakı ABŞ səfirliyinə edilən hücum planını da təsdiq etmişdi”. 
***
İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığına bir neçə raket atılıb, nəticədə azı 8 nəfər ölüb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə "AFP” agentliyi İraq təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.
Yüklərin olduğu əraziyə düşən üç raket iki nəqliyyat vasitəsinin partlamasına səbəb olub. Qeyd olunub ki, raketlərdən biri uçuş-eniş zolağına düşüb və bu səbəbdən hava limanı bağlanıb.
"Əl-Ərəbiyyə”, "Əl-Cəzirə" və "Sky News" telekanallarının verdiyi məlumata görə, hava limanına endirilən raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının ("Sepah”) "Quds” qanadının komandanı, general Qasım Süleymani həlak olub. 
Öz növbəsində ABŞ Bağdadda İranla əlaqəli iki hədəfə zərbə endirildiyini təsdiq edib. Bu barədə "Reuters” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Lakin Pentaqon "TASS” agentliyinin raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının ("Sepah”) "Quds” qanadının komandanı general Qasım Süleymaninin ölməsi ilə bağlı sorğuya hələlik rəsmi cavab verməyib. 
Xəbər 670 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR