İran bir milyon barel neftini sata bilməyib

İran bir milyon barel neftini sata bilməyib
  • DÜNYA

İran bir milyon barel neftini sata bilməyib.
 
"Report” "SHANA” agentliyinə istinadən xəbər verir ki, yanvarın 21-də Tehranın energetika birjasında tələb olmadığından 1 milyon barel neft satılmayıb.
Neftin bir barelinin qiyməti 52,42 dollar müəyyənləşdirilib.
Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmaq məqsədi ilə ötən ilin oktyabrından başlayaraq, İran öz xam neftini Tehran birjasında satır. İranın Neft Nazirliyindən bildiriblər ki, 2018-ci il oktyabrın 28-də bir bareli 74,85 dollara bir milyon barel, həmin il noyabrın 11-də isə 64,97 dollara 700 min barel neft satılıb.
Xatırladaq ki, 2018-ci il noyabrın 5-dən ABŞ İranın energetika sahəsinə sanksiya tətbiq edib.
Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR