İran BƏƏ-yə hərəkət edən tankeri saxlayıb

İran BƏƏ-yə hərəkət edən tankeri saxlayıb
  • DÜNYA

İran hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərinə doğru hərəkət edən neft tankerini özünün su ərazisində saxlayıb.

"Report” "newsru.co”ya istinadən xəbər verir ki, məlumatı İranın dövlət televiziyası yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanından Birləşmiş Ərəb Əmirliyinə doğru hərəkət edən Cənubi Koreya bayrağı altında üzən "Hankuk Chemi” tankeri Hörmüz boğazında, Bəndır Abbas limanında, İran ərazisində saxlanılıb.
Tankerin saxlanılmasına səbəb olaraq gəminin körfəz sularını çirkləndirməsi göstərilib.
Tankerin tutum 17 500 tondur. O 2000-ci ildə Yaponiyada suya buraxılıb. Gəmi Almaniyanın Hamburq şəhərinin "Chemikalien Seetransport” şirkətinə məxsusdur.
Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR