Çipslərdən də koronavirus keçirmiş - Xəbərdarlıq

Çipslərdən də koronavirus keçirmiş  - Xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin Rusiyada payladığı vərəqələrdə COVID-19-un məişət təmasları vasitələri ilə ötürülmə riski xatırladılıb.

 Aktual.az Qaynarinfo-ya istinadən xəbər verir ki, xəbərdarlığa görə, qida mübadiləsi də daxil olmaqla ötürülmə riski artır. Beləliklə, ümumi qablardan və ya digər insanların toxunduğu qida qablaşdırmalarından istifadə etsəniz, yoluxa bilərsiniz.


"Məsələn, çiplər, qoz-fındıq, suxarılar və digər qəlyanaltılar", - xəbərdarlıqda deyilir.


Mütəxəssislər nəyəsə toxunduqdan sonra barmaqları dezinfeksiya edə bilmək üçün əl antiseptiklərindən istifadə etməyi məsləhət görürlər. Həmişə yanlarında kağız salfetlərin olması və asqırma və öskürək zamanı istifadə edilməsi tövsiyə olunur - ağzınızı onlarla tutun. İstifadədən sonra salfet dərhal atılmalı və təkrar istifadə edilməməlidir
Xəbər 768 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR