İordaniya Ermənistana silah satmadığını açıqlayıb

İordaniya Ermənistana silah satmadığını açıqlayıb

İordaniya hökuməti bu ayın əvvəlində Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmalar zamanı krallığın Ermənistana silah göndərməsi barədə yayılan məlumatları təkzib edib.
"Report” "Anadolu”ya istinadən xəbər verir ki, Azərbaycanın Əmmandakı səfiri Rasim Rzayev ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Daha əvvəl isə İordaniyanın Azərbaycandakı səfiri Sami Abdulla Goşeh Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılmışdı. Görüş zamanı Xarici İşlər nazirinin müavini Araz Əzimovİordaniya səfiri ilə bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə etmişdi.
Xəbər 1135 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR