“İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Almaniyada tutuldu

“İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Almaniyada tutuldu

Azərbaycan dövlətinin "İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs saxlanılıb.

"Report"un xəbərinə görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Azər Hüseynov Almaniyada bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.
A.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə "İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmişdi.
Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR