Instagram-da problemlər davam edir

Instagram-da problemlər davam edir

"Instagram" sosial şəbəkəsinin işində bu gün səhər saatlarında qlobal nasazlıq qeydə alınıb. "Downdetector" xidməti bu barədə məlumat verib.

Aktual.az ictnews-a istinadən bildirir ki, sözügedən sosial şəbəkənin istifadəçiləri səhər saatlarında ximətin işində nasazlıq yaranması barədə şikayət ediblər. "Downdetector" xidmətinin məlumatlarına görə, hazırda bütün dünya ölkələrindən sosial şəbəkənin işində nasazlıq haqda hesabatlar daxil olur.

Nasazlıq haqda ən çox məlumat Böyük Britaniya və Hollandiyadan daxil olur, həmçinin Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Polşa, İtaliya, İsveç və başqa ölkələrdə xidmətə girişlə bağlı problem yaşanır.
"Instagram" dünyada ikinci populyar sosial şəbəkədir, aktiv istifadəçilərinin sayına görə yalnız "Facebook"dan geridə qalır.
 
Aktual.az
Xəbər 604 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR