İnsan üzünün köçürülməsi əməliyyatı uğurlu sonluqla nəticələnib

İnsan üzünün köçürülməsi əməliyyatı uğurlu sonluqla nəticələnib
  • DÜNYA

Monreal şəhərinin klinikalarının birində kanadalı cərrahlar insan üzünün köçürülməsi üzrə mürəkkəb əməliyyat keçiriblər.


Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, 64 yaşlı pasiyent Moris Dejarden özünü yaxşı hiss edir, normal nəfəs ala, qidalana və danışa bilir.

2011-ci ildə ov zamanı faciəvi təsadüf nəticəsində güllə Dejardenin üzünə dəyərək hər iki çənə sümüyünü, dodaqlarını, burnunu və üz əzələlərini qoparmışdı. O, hadisədən sonra bir neçə əməliyyat keçirsə də, həkimlər üzün bütün zədələnmiş hissələrini bərpa edə bilməmişdilər. Nəhayət, uzun illərdən sonra donor tapmaq mümkün olub və may ayında üzün köçürülməsi əməliyyatı baş tutub.

Hazırlığında həkimlər, assistentlər və tibb bacıları da daxil olmaqla, 100-dən çox mütəxəssisin iştirak etdiyi 30 saat sürən əməliyyat uğurlu sonluqla nəticələnib. Əməliyyatdan sonrakı dörd ay ərzində həkimlər toxumaların uyğunlaşmasını və bunun pasiyentin orqanizminə təsirini nəzarətdə saxlayıblar.

 
Aktual.az
Xəbər 34 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR