İngiltərə "Tempest” perspektivli qırıcı təyyarə layihəsinə 2 milyard funt-sterlinq investisiya ayırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Voennıy Obozrevatel” Telegram kanalı məlumat verib.
Qeyd edək ki, BAE Systems Tempest İngiltərədə Müdafiə Nazirliyinin Team Tempest konsorsiumu, BAE Systems, Rolls-Royce, Leonardo və MBDA tərəfindən İngiltərədə hazırlanan altıncı nəsil qırıcı layihəsidir. "Eurofighter Typhoon” təyyarələrinin əvəzinə 2035-ci ildən istismara verilməsi planlaşdırılır.
2025-ci ilə qədər İngiltərə hökuməti layihəyə 2 milyard funt xərcləyəcək.
Xatırladaq ki, 19 iyul 2019-cu il tarixində İsveç və İngiltərə altıncı nəsil hava döyüş texnologiyalarının birgə inkişaf etdirilməsinin yollarını araşdırmaq üçün anlaşma memorandumu imzalayıb. İtaliya isə "Tempest” layihəsində iştirakını 10 sentyabr 2019-cu il tarixində DSEI-2019 zamanı elan edib.
Xəbər 280 dəfə oxunub.