İngiltərə Bankı Maduroya 1,2 milyard dollarlıq qızıl verməkdən imtina edib

İngiltərə Bankı Maduroya 1,2 milyard dollarlıq qızıl verməkdən imtina edib
  • DÜNYA

 İngiltərə Bankı Venesuela Prezidenti Nikolas Maduroya 1,2 milyard dollarlıq qızıl külçə verməkdən imtina edib.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrdən birinin sözlərinə görə, müvafiq qərar ABŞ-ın yüksək vəzifəli şəxslərinin, o cümlədən dövlət katibi Maykl Pompeo və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun britaniyalı həmkarlarından Maduronun xaricdəki aktivlərə girişinə qadağa qoymaq xahişindən sonra qəbul edilib.
"Bloomberg"in məlumatına görə, Venesuela Mərkəzi Bankının xaricdəki ehtiyatları 8 milyard dollar təşkil edir. Onların bir hissəsi İngiltərə Bankındadır, digər hissənin yeri isə bilinmir.
Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR