İndoneziyada zəlzələdən sonra itkin düşənlərin axtarışı dayandırılıb

İndoneziyada zəlzələdən sonra itkin düşənlərin axtarışı dayandırılıb
  • DÜNYA

 İndoneziya hökuməti Orta Sulavesi əyalətində ötən ayın sonundakı güclü zəlzələ və tsunami nəticəsində itkin düşən minlərlə sakin üçün axtarış-xilasetmə tədbirlərini dayandırmaq qərarına gəlib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə əyalət mərkəzi Palu şəhərindəki Təcili Əməliyyat Qərargahından bildirilib. 
Bu il sentyabrın 28-də 7,4 maqnitudalı zəlzələ və sonrakı tsunami ilə sel nəticəsində son rəsmi məlumata görə 2045 nəfər həlak olmuş və 10,6 mindən çox sakin xəsarət almışdı. Həmçinin Palu yaxınlığındakı iki yaşayış məntəqəsində itkin düşənlərin sayı azı 5 min nəfər olduğu güman edilir.
 
Aktual.az
Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR