ADMİU-da çalışan bir qrup İncəsənət xadimi Prezidentə və Mehriban Əliyevaya təşəkkür etdi

ADMİU-da çalışan bir qrup İncəsənət xadimi Prezidentə  və Mehriban Əliyevaya təşəkkür etdi

Biz, aşağıdakı siyahıda adları olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları, 1987- ci ildə Bakı şəhəri Dübəndi bağlar massivində bizə ayrılmış torpaq sahələri üzərində hüquqlarımızın bərpası üçün etdiyimiz müraciəti cavabsız qoymayaraq, əlaqədar təşkilatlara müvafiq göstəriş verməklə sıravi vətəndaşlara yüksək diqqət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının I Vitse – Prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk.

Dövləti idarə edən şəxslərin gərgin iş qrafikləri çərçivəsində ölkənin bir qrup mədəniyyət xadimlərinə belə diqqət nümayiş etdirməsi bizi ruhlandırır və yeni-yeni yaradıcılıq uğurları qazanmağımıza sövq edir.

Eyni zamanda ölkə başçısının bu məsələ ilə əlaqədar verdiyi göstərişə yüksək səviyyəli diqqət nümayiş etdirərək problemi müvafiq qanunların tələblərinə uyğun surətdə müsbət həll etdikləri üçün:

Azərbaycan Respublikası Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin Sədri Kərəm Həsənova,

Azərbaycan Respublikası Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Rəisi Hikmət Mustafayevə,

Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Ərazi İdarəsinin Rəisi Zəfər Abdulova dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə:

1.Əməkdar İncəsənət Xadimi, professor Məryəm Əlizadə

2.Xalq artisti, professor Məmmədsəfa Qasımov

3.Xalq artisti, dosent Vidadi Həsənov

4.Əməkdar artist, dosent Azad Şükürov

5.Əməkdar artist, dosent Ağalar Bayramov

6.Əməkdar artist, dosent Yaqut Abdullayeva

7.Sənətşunaslıq üzrə fəlsəfə doktoru, dosent Fazilə Abbasova

8.Əməkdar artist Gülsabah Quliyeva


Xəbər 357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR