Çin parlamentinin Daimi Komitəsinin rəhbəri Azərbaycana səfər edəcək

Çin parlamentinin Daimi Komitəsinin rəhbəri Azərbaycana səfər edəcək

Çinin Milli Xalq Konqresinin Daimi Komitəsinin sədri Li Çjanşu sentyabrın 19-dan 28-dək Azərbaycan, Qazaxıstan və Rusiyaya rəsmi səfərlər edəcək.

Bu barədə "Report" "Sinhua" agentliyinə istinadən xəbər verir.
Li Çjanşu Azərbaycan Milli Məclisinin sədri Oktay Əsədov, Qazaxıstan parlamenti Senatının sədri Dariqa Nazarbayeva, Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin dəvəti ilə səfər edəcək.
Məlumata görə, səfər zamanı Li Çjanşu Qazaxıstanda keçiriləcək Avrasiya ölkələri parlamentlərinin sədrlərinin 4-cü iclasında və Rusiyada keçiriləcək əməkdaşlıq üzrə Çin-Rusiya parlamentlərarası komissiyasının 5-ci iclasında iştirak edəcək.
Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR