İmişlidə ağır qəza   — 8 nəfər xəsarət aldı

İmişlidə ağır qəza   — 8 nəfər xəsarət aldı

 İmişli rayonunda yaralananların şəxsiyyəti məlum olub.

"Report”un Aran bürosunun məlumatına görə, rayonun Şahverdilər kəndində "QAZ-24” markalı avtomobillə yük maşınının toqquşması nəticəsində yaralananların şəxsiyyəti müəyyənləşib.

Bunlar İmişli rayon sakinləri - 1986-cı il təvəllüdlü Əliyeva Aytel Ağayar qızı, 1988-ci il təvəllüdlü Əliyev Müslüm Səftər oğlu, 1978-ci il təvəllüdlü Gülmalıyeva Zeynəb Məhyəddin qızı, 2003-cü il təvəllüdlü Gülmalıyev Fərhad Abdulla oğlu, 1987-ci il təvəllüdlü Əliyev Pərviz Səftər oğlu, 1994-cü il təvəllüdlü Əliyeva Aygül Hilqət qızı, 2016-cı il təvəllüdlü Əliyev Sabir Pərviz oğlu və 2017-ci il təvəllüdlü Əliyev Hüseyn Müslüm oğludur.

Faktla bağlı araşdırma aparılır.

*****
 
İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hadisə İmişli rayonunun Şahverdilər kəndində qeydə alınıb.

Minik maşınlarının toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan xəstəxanasına və digər xəstəxanalara aparılıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR