Çimərlikdə bu dəfə “Prado” sürdülər (VİDEO)

Çimərlikdə bu dəfə “Prado” sürdülər (VİDEO)

Bakı çimərliyində daha bir avtomobilin iştirakı ilə acınacaqlı mənzərə ortaya çıxıb.

Aktual.az Avtosfer.az-a istinadən xəbər verir ki, sözügedən görüntülərdə "Prado” markalı avtomobilin sürücüsünün maşını dənizin içərisində sürdüyü, bununla da vətəndaşların istirahətini pozduğu, həmçinin həyati təhlükə yaratdığı görünür.

Sürücü qayda pozarkən avtomobilinə sərnişin də mindirib. Yeniyetmə avtomobilin çöl tərəfində, ayaqlıq hissəyə çıxaraq dənizdə şou göstərib.

Qeyd edək ki, ötən ay çimərlikdə asayişi pozduqları üçün bir neçə sürücü cərimələnmişdi. Yol polisi xəbərdarlıq etmişdi ki, bu əməli törədənlər cəzalandırılacaq.

Xəbər 150 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR