"İlqar Məmmədov qondarma rejimi dəstəkləyənlərlə iş birliyindədir!"


BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı facebook sosial şəbəkəsində İlqar Məmmədovun Dağlıq Qarabağdakı qondarma rejimlə əməkdaşlıq edənlərlə və onları dəstəkləyənlərlə işbirliyində olması ilə bağlı status paylaşıb.


Niyamədddin Orduxanlının statusunu olduğu kimi təqdim edirik : "Əldə etdiyim məlumata görə, Almaniyanın Federal Kansleri Angela Merkel Bakıda vətəndaş cəmiyyətinin üzvləri ilə görüş keçirərkən maraqlı vəziyyət yaranıb. Belə ki, görüş üçün Merkelin köməkçisinə 5 nəfərin – Mehman Əliyev, Turqut Qəmbər, Şəhla İsmayıl, Əvəz Həsənov və Sevinc Səmədzadənin adı təqdim olunub. Lakin, görüşdə "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevi jurnalist Xədicə İsmayılla əvəzləyiblər. Merkelin köməkçisinə yaxın olan ekspertlərin bildirdiyinə görə, Mehman Əliyevin siyahıdan çıxarılmasına səbəb son vaxtlar onun hakimiyyətlə yaxın təmasda olmasıdır.

Artıq ATƏT-in Media Ofisində də M.Əliyevin hakimiyyətlə yaxınlığı müsbət qarşılanmayıb. Digər bir maraqlı məqam isə, Angela Merkellə İlqar Məmmədov arasında görüşün təşkili ilə bağlı olub. Amma görüş baş tutmayıb. Məlumata əsasən, görüşün təşkili üçün canfəşanlıq edən Dağlıq Qarabağa qanunsuz səfər etmiş Avropa Parlamentinin deputatı Martin Zonnerborn olub. O, bir neçə dəfə Merkelin köməkçisindən İlqar Məmmədovla görüşün keçirilməsini xahiş edib. Belə qənaətə gəlmək olar ki, Avropanın Azərbaycanda ana müxalifət lideri kimi tanıdığı İ.Məmmədov Dağlıq Qarabağdakı qondarma rejimlə əməkdaşlıq edənlərlə və onları dəstəkləyənlərlə işbirliyindədir...

 
Aktual.az
Xəbər 3372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR