İlon Mask qərar verdi: "Twitter"də milyonlarla hesab silinəcək

İlon Mask qərar verdi:

"SpaceX" və "Tesla CEO"su  İlon Maskın "Twitter”i satın almasından sonra şirkət işçilərinin daxili yazışmaları mətbuata sızıb.

Aktual.az bildirir ki, Maskın satınalma prosesi başa çatana qədər əməkdaşlara 6 aylıq iş zəmanəti verildiyi bəlli olub. "”Twitter”də artıq autentifikasiya olacaq. Anonim hesablar istəmirəm” deyən iş adamının nəzarəti ələ keçirdikdən sonra ilk olaraq bütün saxta hesabları siləcəyi gözlənilir. "Bot” hesablarının silinməsi o deməkdir ki, bir çox məşhur adlar milyonlarla izləyicisini itirəcək.

Məlumata görə, İlon sosial şəbəkədə reklamı silmək və "Blue” adı altında ödənişli premium üzvlük yaratmağı hədəfləyir. Üzvlük ödənişinin kriptovalyuta "Dodgecoin” ilə edilə biləcəyi bildirilib. Mask, həmçinin platformaya inamı artırmaq üçün "Twitter” alqoritmini yenidən işləməyi planlaşdırır.

Digər tərəfdən, iş adamının "”Twitter”də hər fikir üçün yer var” açıqlaması sabiq ABŞ prezidenti Donald Trampın hesabının yenidən açılacağı ilə bağlı iddialara səbəb olub. Tramp isə platformaya qayıtmaq fikrində olmadığını, 7 gün ərzində qurduğu proqram olan "Truth Social”dakı hesabından istifadə etməyə başlayacağını deyib. //sfera
Xəbər 584 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR