İlon Mask: “Məni əvəz edəcək bir “axmaq” tapan kimi istefa verəcəyəm”

İlon Mask: “Məni əvəz edəcək bir “axmaq” tapan kimi istefa verəcəyəm”
  • DÜNYA

"Şirkətin idarəçiliyini öz üzərinə götürəcək bir "axmaq” tapan kimi istefa verəcəyəm”.
Bu barədə "Twitter”in sahibi İlon Mask öz sosial şəbəkədəki hesabında paylaşım edib.

Mask qeyd edib ki, bu işi öhdəsinə götürəcək axmaq birini tapan kimi CEO vəzifəsindən gedəcək.
"Bundan sonra yalnız proqram təminatı və server komandalarını idarə edəcəm”, - deyə o əlavə edib.
Xatırladaq ki, İlon Mask bazar günü "Twitter”in baş direktoru vəzifəsindən istefa verib-verməməsi ilə bağlı sorğu keçirmiş və nəticələrlə razılaşacağını bildirmişdi.
Sorğunun nəticələrinə görə, iştirakçıların 57,5 ​​faizi Maskın istefasına səs vermişdi.
ABŞ mətbuatında isə İlon Maskın fəal şəkildə "Twitter”ə yeni baş direktor axtarışında olduğu barədə xəbərlər yayılıb.
Xəbər 142 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR