İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - SİYAHI

İlham Əliyev neft sənayesi işçilərini təltif  etdi - SİYAHI

Azərbaycan Prezidenti neft sənayesi işçilərini təltif edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 19-da "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə bir nəfər "Şöhrət” ordeni ilə, bir nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə, beş nəfər 3-cü dərəcəli "Əmək” ordeni ilə, 51 nəfər isə "Tərəqqi” medalı ilə təltif edilib.
Ölkə başçısının "Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında” imzaladığı Sərəncama əsasən ölkədə neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə altı nəfərə "Əməkdar mühəndis”, bir nəfərə "Əməkdar müəllim” fəxri adı verilib.
Bundan başqa, Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” imzaladığı Sərəncamla respublikada neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə dörd nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
 
Aktual.az
Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR