İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşdü - YENİLƏNİB

İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşdü - YENİLƏNİB

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib.

"Report" xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq dövlət başçısı İlham Əliyevi qarşılayıb.
Sonra rəsmi foto çəkdirilib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin görüşü olub.
Görüşdə Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. NATO-nun baş katibi Yens Stoltenberq ölkəmizin qurumun Kosovo və Əfqanıstandakı sülhməramlı missiyalardakı iştirakını yüksək qiymətləndirib. NATO-nun baş katibi Azərbaycanın Əfqanıstana verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O vurğulayıb ki, Azərbaycanın Əfqanıstana yardımı genişləndirmək planı bu ölkənin iqtisadi inkişafına töhfəsini verə bilər.
Prezident İlham Əliyev NATO ilə əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirib. Vurğulayıb ki, Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda və bu ölkənin iqtisadiyyatının yenidən qurulmasında fəal iştirak edir.
Söhbət zamanı Azərbaycanın Ceyrançöl ərazisində NATO-nun minatəmizləmə əməliyyatlarına verdiyi dəstəkdən məmnunluq ifadə olunub. Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti vurğulanıb.
Görüşdə qeyd edilib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlıq həyata keçirilir.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb, danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verilib.
Regional məsələlərin də müzakirə olunduğu görüşdə Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqi ölkəmizə səfərə dəvət edib. NATO-nun baş katibi səfəri minnətdarlıqla qəbul edib.
 
****
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib.

NATO-nun baş katibi Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.
Rəsmi foto çəkdirildikdən sonra Prezident İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin görüşü olub.



Xəbər 442 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR