İlham Əliyev: "Azərbaycanla Türkiyə arasında əlaqələr ən yüksək səviyyədədir" - YENİLƏNİB

İlham Əliyev:

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşüb.

"Report" xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. 
Görüşdə İsmayıl Qəhrəman Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfərindən məmnunluğunu bildirib. Türkiyə parlamentinin sədri dövlət başçısı İlham Əliyevin prezident seçkilərində parlaq qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq deyib: "Sizin böyük səs çoxluğu ilə qalib gəlməyiniz bizi şərəfləndirdi. Prezident İlham Əliyev təkcə öz ölkəsi üçün deyil, bölgə və dünya üçün də mühüm şəxsiyyətdir”.
Prezident İlham Əliyev səmimi təbriklərə görə Türkiyə Böyük Millət Məclisinin sədrinə minnətdarlığını bildirib. Dövlət başçısı bu səfərin əlaqələrimizin inkişafında yeni mərhələ olacağına əminliyini vurğulayıb. 
Görüşdə ikitərəfli münasibətlərimizin uğurlu inkişafından məmnunluq ifadə edildi, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin genişlənməsinə töhfə verdiyi qeyd olunub.
Söhbət zamanı Azərbaycanın və Türkiyənin regionda əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfənin, ölkələrimizin birlikdə qlobal əhəmiyyətli böyük strateji layihələr həyata keçirməsinin əhəmiyyəti qeyd olunub.


***


Ankarada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramanla görüşüb. 

"Report" "Ahaber"ə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə olunub.  
Prezident İlham Əliyev deyib ki, Azərbaycanla Türkiiyə arasında əlaqələr ən yüksək səviyyədədir: "Dünyada belə münasibətləri olan başqa iki dövlət yoxdur. Türkiyə və Azərbaycan bu gün həm ikitərəfli, həm də çox tərəfli formatda əməkdaşlıq edir"
 
Aktual.az
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR