“İl ərzində satılmış mənzillərin 60 faizi vergidən kənarda qalır” – Nazirlik

“İl ərzində satılmış mənzillərin 60 faizi vergidən kənarda qalır” – Nazirlik

"Son illərdə mənzil-tikinti kooperativləri tərəfindən inşa olunmuş yaşayış binalarındakı mənzillərə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələrin alınmasında müəyyən irəliləyiş olsa da, paytaxtda və digər şəhərlərdə mənzillərin böyük bir qisminin mülkiyyət sənədləri hələ də yoxdur”.


"Report” xəbər verir ki, bu barədə "Vergilər” qəzetinin xüsusi buraxılışında qeyd olunub.

"Kupçası olmayan mənzilin mülkiyyət hüququ isə vətəndaşa deyil, tikinti şirkətlərinə məxsusdur. Vətəndaşlar hüquqi baxımdan əmlaka deyil, sadəcə, tikinti şirkətləri ilə imzaladıqları müqaviləyə malikdirlər. Bütün bunlar isə vətəndaşların problemlərlə üzləşməsi ilə yanaşı, mənzil satışının vergidən kənarda qalmasına da səbəb olur”, – deyə məlumatda vurğulanıb.

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 milyon 503,6 min kvadratmetr təşkil edib. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu, ötən ilin analoji dövrünün göstəricisindən 19% çoxdur.

Vergilər Nazirliyinin məlumatına görə, cari ilin yanvar-sentyabr ayları ərzində notariuslar tərəfindən təqdim olunmuş ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsinə əsasən, mənzil və qeyri-yaşayış sahəsinin alqı-satqısından dövlət büdcəsinə təxminən 28 milyon manat vergi ödənilib: "Bu fakt onu göstərir ki, il ərzində satılmış mənzillərin təxminən 40 faizi vergiyə cəlb olunur, 60 faizi isə vergidən kənarda qalır”.

 
Aktual.az
Xəbər 39 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR