İki il ərzində 239 sürücü işdən kənarlaşdırılıb - Kobud davranışa görə

İki il ərzində 239 sürücü işdən kənarlaşdırılıb - Kobud davranışa görə

"BakuBus" MMC-nin istifadəsində 13 marşrut xətti var.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "BakuBus" MMC-nin direktor müavini Azər Qasımov deyib.

Onun sözlərinə görə, marşrut sürücülərinin sərnişinlərlə münasibətinə xüsusi diqqət yetirilir: "2017-ci ildə sərnişinlərlə kobud davrandığı və yol verdiyi xətalara görə 154 sürücü işdən azad olunub. 2018-ci ilin 6 ayı ərzində isə 85 sürücü işdən kənarlaşdırılıb. Bundan başqa, bu vaxta qədər 300-dək sürücü töhmət və xəbərdarlıq alıb. Bəzən həmkarlar təşkilatının qərarı ilə qaydalara riayət etməyən sürücüləri işdən azad edirik".

 
Aktual.az 
Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR