İctimai Nəzarət qrupları paytaxt və regionlarda fəaliyyətinə davam edir - FOTO

İctimai Nəzarət qrupları paytaxt və regionlarda fəaliyyətinə davam edir - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunin maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə "Gənclər təşkilatlarından ibarət ictimai nəzarət qruplarının vətənpərvərlik istiqamətində fəaliyyəti” layihəsi həyata keçirilir.

 

İctimai Nəzarət Qruplarında fəaliyyət göstərən gənclər təşkilatları nümayəndələri Bakı şəhəri və 15 rayonda fəaliyyət göstərərək insanlar arasında maarifləndirmə işləri aparırlar. Qeyd edək ki, İctimai Nəzarət qrupları Azərbaycan Respublikasının Prezidentinin ictimai nəzarətin gücləndirilməsi barədə çağırışına dəstək olaraq yaradılmışdır.

Mərhələli şəkildə fəaliyyət göstərən İctimai nəzarət qruplarının fəaliyyətində pandemiya ilə əlaqədar təyin edilmiş qaydalara əməl edilməsi və əhalinin maarifləndirilməsi istiqamətində işlərin aparılması nəzərdə tutulsa da hazırki vəziyyətlə əlaqədar olaraq fəaliyyət istiqamətində müvafiq dəyişikliklər edilmişdir.

Son günlər Ermənistanın ölkəmizə qarşı cəbhədə törətdiyi təxribatlar, mülki insanların hədəf alınması və qismən səfərbərliyin elan olunduğu bu vaxtda ən böyük çətinlik cəmiyyət arasında dezinformasiyanın yayılmasıdır. Bununla yanaşı cəbhədən ordumuzun aparığı əməliyyətlarla bağlı videoların yayılması və bunun yaratığı təhlükələr olduqca aktualdır.

Bu səbəblə də, İctimai Nəzarət qrupları cəmiyyət arasında təkcə koronavirusdan qorunma üsulları deyil, eyni zamanda vətənpərvərlik, dezinformasiyanın və düşmən təxribatlarının yayılmasının qarşısının alınması, hərbi sirlərin yayılmasının ordumuz üçün törədə biləcəyi təhlükələr barəsində də maarifləndirmə tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, İctimai Nəzarət qrupları tərəfindən insanlar arasında ruh yüksəkliyinin daha da artırılması məqsədilə Azərbaycan Respublikasının rəsmi atributu olan dövlət bayraqları təqdim olunur.

İctimai Nəzarət qrupları müvafiq rayonlar üzrə fəaliyyət göstərməkdə davam edəcək.

 

Regionlardafəaliyyət göstərən təşkilatlar:

 

Avropa Gənclər Parlamenti Azərbaycan (EYP) - Bakı

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İB - Bakı

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası – Mingəçevir

Azəri Gənclər Alyansi İB - Bakı

Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İB – Beyləqan

Biləsuvar Yeniyetmə və Gəncləri İB – Biləsuvar

Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyasi İB - Bakı

Gələcəyə Körpü GİB – Gəncə

Gənc Vətənpərvərlər İctimai Birliyi - Bakı

Gənclərin Həmrəyliyi İB – Sumqayıt

Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İB - Hacıqabul

Gənclərin Maarifləndirilməsinə Dəstək – Mingəçevir

Gənclərin Sosial İnkişafına Dəstək İB - Astara

Gənclərin Töhfəsi İctimai Birliyi - Bakı

Gəncliyə Dəstək İctimai Birliyi- Zərdab

Göyçay İnkişaf Mərkəzi Gənclər İB - Göyçay

İrəli İctimai Birliyi- Bakı

İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi - İsmayıllı

İşıqlı Gələcək Gənclər İctimai Birliyi – Mingəçevir

Qazax gəncləri - Qazax

Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İB – Lənkəran

Odlar Yurdu Gənclər İB – Gəncə

Şəmkir gəncləri – Şəmkir

Tovuz gəncləri - Tovuz

Türkiyə Universitetləri Məzunları İ.B - Bakı

Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi - Bakı

Yeni Yazarlar və Sənətçilər İB - Bakı



Xəbər 470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR