İcra başçısının keçmiş müavini koronavirusdan öldü

İcra başçısının keçmiş müavini koronavirusdan öldü

Siyəzən rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Zəfər Əliyev koronavirusdan dünyasını dəyişib.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, o gecə saatlarında Qubada COVİD-19 xəstələri üçün ayrılımış regional xəstəxanada vəfat edib.

Zəfər Əliyev 65 yaş həddinə görə 2019-cu ildən vəzifəsindən azad edilib.

Qeyd edək ki, Zəfər Əliyev Siyəzən İH-də işləyərkən həm də FHK sədri idi. Mətbuata olduqca açıq idi. Heç vaxt sualdan da yayınmazdı.Cavabı dəqiqləşdirib özünün zəng etməyi də vardı. Şəxsən mən televiziyada işləyəndə və sonra da ondan hansı hadisə barədə soruşmuşamsa, dərhal, həm də dəqiq cavab verirdi. Medianın dostu idi. Amma korona ona düşmən kəsildi.

Allah rəhmət eləsin!
Xəbər 578 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR