İçinin zibilliyini gizlədən yalanlar şəhəri

İçinin zibilliyini gizlədən yalanlar şəhəri
  • TABLO2

İdris Heydərli

Frankfurt Şopenhauersiz qalıb. Bəlkə də bir gün bu şəhər bir əfqan, ya Somali, ya da İrak məhəllələrindən yaranacaq düşüncənin Mərkəzi olacaq. Alman bu şəhərdə bir tək banklara, pula sahibdir. Ticarətin qulu olan əsgər üçün satılmayacaq və alınmayacaq bir şey yoxdur.


Drezdendə dəmir yol vağzalındayıq. Yollar yorğunu.

Bu şəhərin adını Dədə Qorqud dastanlarının saxlanıldığı kıtabxana olaraq tanımışdım. Ruhunda alman soyuqluğu var şəhərin.

Sovetlər dönəminin izi hələ də hiss olunur.

Lampedusa adasındayiq, Siciliya bölgəsində. Tunis və Qərb dəyərlərindən formalaşan dəyərlər hakimdir bu adaya. Otellər qapılarını açıq saxlarlar, insanlar arasında ünsiyyət daha vacib bir elementdir. Pulu düşünmədən yaşamaq.

Budapeştin mərkəzi küçələri soyuq macar hekayələri ilə doludur. Dəyərsiz qalan insanların bədənlə bağlı qulluqları təklif olunur hər addımbaşı.

Berlin hələ də alman ruhunun sındırıldığı yerdir. Darmadağın olan keçmişin gələcəyi qaranlıq dəhlizlərə möhtacdir.

Paris brend markalarla içinin zibilliyini gizlədən yalanlar şəhərdir artıq. Təbiətin parçası olan insan bu meşədə altını batıran Aslana dönüb.

Kale Biritaniya və Fransız sərhədidir. Şimal dənizin dalğaları okeanlara açılan gücü sahillərdən aldı.

Sahillər yox burda, Limanlar var. Avropa liman düşüncəsinin yanında oldu hər zaman. Çaylardan, dənizlərdən və meşədən tək xilas Limandır.

Ağ dənizin sularında minillik bir köç yükü var. Əllərimi və üzümü yudum. Duzla suyun sevgisini anladım.

Vağzallar və yüklər arasında keçən günlərin yaddaşa bağladığı nəticələrdir bunlar.


Bu da keçdi deyib, Bürüssele yola düşəcəyik.

Gördüyüm, ünsiyyətdə olduğum adamlarsız mənzərə bu idi.

Ağ dənizdən Şimal dənizinə qədər olan məsafədə düzən elə idarə olunur ki, düzənsizliyin cəzasını hər an xatırlamaq məcburiyyətindəsən.

Qədim Yunan teatrında bir aktyor bir neçə maska taxaraq rollarını oynardı.

Mahiyyət dəyişməz ki...

Hələ yolumuz var...

Xəbər 1965 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR