Hyundai elektriklə çalışan avtobusunu təqdim edib

Hyundai elektriklə çalışan avtobusunu təqdim edib

Hyundai Motors şirkəti avtobusların təqdimatını 29-31 may tarixlərində keçirilən sərgidə etmişdir.
Layihə Cənubi Koreya dövlətinin sifarişi əsasında 2017-ci ildə başladılmış və 18 ay ərzində tamamlanmışdır.
Avtobus 1-ci mərtəbədə 11, 2-ci mərtəbədə 59 olmaqla 70 sərnişin üçün nəzərdə tutulmuşdur.
Avtobusun dizaynı zamanı müyəssərlik elementləri də tam nəzərə alınmışdır. Avtobus öz prototiplərindən 1.5 dəfə daha artıq tutuma malikdir.
Şirkətin ümumi siyasətinə müvafiq olaraq avtobus emisiyanın azaldılması və məhsuldarlığın yüksəldiməsi məqsədilə 384 kWS-lıq akkumlyatorla təchiz edilmişdir ki, bu isə öz növbəsində 72 dəqiqəlik tam doldurma ilə 300 km məsafə qət etmək imkanı yaradır.
Avtobusun texniki üstünlükləri bununla bitmir:
VDC (Vehicle Dynamic Control) sistemi sürücünün hərəkət istiqamətini müəyən edərək nəqaliyyat vasitəsinin stabil hərətini təmin edir.
FCA (Forward Collision-Avoidance Assist) sistemi ön kamera vasitəsilə qarşı tərfdən gələn zərbənin qarşının alınması və ya minimallaşdırlması üçün avtonom tormoz sistemini işə salır.
LKA (Lane Keeping Assist) hərəkət zolaqlarının təsadüfi pozulmalarının qarşısını alır. //Cebhe.info
Aktual.az
Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR