Hüseynbala Mirələmov YAP-dan çıxarıldı

Hüseynbala Mirələmov YAP-dan çıxarıldı

Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən xaric edilib.

Aktual.az-ın məlumatına görə, bu barədə qərar YAP-nın İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

O, eyni zamanda YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsindən, eləcə də YAP Veteranlar Şurasının üzvlüyündən də azad edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin əks olduğu videosu yayılıb. Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi deyilir. 

Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib və pedagoji fəaliyyətinə xitam verilib.
Xəbər 738 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR