Hüquq-mühafizə sistemində islahatların dərinləşməsi dövrün tələbədir

Hüquq-mühafizə sistemində islahatların dərinləşməsi dövrün tələbədir

Prezident İlham Əliyevin ölkənin bütün sferalarını əhatə edən islahatlar kursu getdikcə  daha geniş miqyas alıb.  Siyasi, iqtisadi, kadr , struktur və sosial sahələrdə aparılan islahatlar  ölkəmizin nüfuzunu daha da artırmış, mövqeyini möhkəmləndirmişdir. Bununla yanaşı,  idarəçilik sistemində çevikliyi gücləndirir, operativliyi daha da artırır, müasir çağırışlara uyğunluğu təmin edilir. Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu islahatlar, hətta inqilabi islahatlar adlandırılır və onların ölkə həyatının bütün sahələrində, xüsusilə idarəetmə strukturlarının işinin yenidən qurulmasında böyük rol oynayacağı şübhə doğurmur. Bunu gündəlik həyatımızda hər birmiz görürürük.
Xalq tərəfindən xüsusi dəstəklənən bu islahatlar ölkənin inkişafını yeni səviyyəyə qaldırmaq, cəmiyyətin inkişafına mane olan, hər bir vətəndaşı narahat edən və respublikamızın imicinə xələl gətirən neqativ halları tam aradan qaldırmaq məqsədi daşıyır. Prezident Addministasiyasında, Nazirlər Kabinetində , Milli Məclisdə, məhkəmə-hüqu sistemində aparılan islahatlar artıq öz effektini göstərir. Bütün bunlardan sonra prokurorluq orqanlarında da geniş miqyaslı islahatların aparılması labüd idi.
Son illər prokurorluq sistemində işə  qəbulla bağlı yaradılmış obyektivlik, şəffaflıq, demokratik ənənələrə sadiqlik, əslində,  bu sahədə islahatların aparılmasından xəbər verirdi. Dövlət başçımız  cənab İlham Əliyev Baş prokuror vəzifəsində səlahiyyət müddəti başa çatmış Zakir Qaralovla  telefon danışığı zamanı dediyi sözlər də bunu təsdiqləyir.  Möhtərəm Prezidentimiz  Zakir Qaralovun bu vəzifədə xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik prinsiplərinə sədaqətlə xidmət etdiyini vurğuladı və  özünün prezidentlik fəaliyyəti dövründə də prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində onun gördüyü işləri qeyd etdi. Bütün bunlara baxmayaraq, prokurorluq orqanlarında da kadr islahatlarının aparılması  zərurəti yaranmışdı. Bu, ölkədə aparılan kadr islahatlarının məntiqi davamıdır.
Ölkəmizdə aparılan kadr islahatları  yeni, peşəkar, bilikli, müasir dünyagörüşə malik mütəxəssislərə etimad göstərilməsi, onların  önə çəkilməsinə  əlverişli şərait yaradıb. Hazırda  müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar  hökm sürürür.  Belə bir zamanda peşəkarlara, yüksək keyfiyyətli təhsil almış gənc kadrlara  ehtiyac var idi. Bütün bunlardan sonra Baş Prokurorluqda da genişmiqyaslı islahatlar aparılması zərurəti yarandı.  
Dövlət başçısının təqdimatı ilə Baş rokuror təyin olunmuş  Kamran Əliyevi uzun illərdir ki,  tanıyıram . Mən özüm uzun müdddət prokurorluq orqanlarında və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasında (indi komitə) çalışan bir şəxs kimi bu təyinatı yüksək dəyərləndirirəm.  Hesab edirəm ki,  ölkəmizdə aparılan hüquq-mühafizə sistemində islahatların  dərinləşdirilməsi çox vacibdir. Bu, qanunun aliyinin təmin edilməsində mühüm rol oynayacq. Son illər ölkədə korrupsiaya və rüşvətxorluğa qarşı  ciddi mübarizə aparıldığı bir zamanda  kadr islahatını və dövlət başçımızın bu addımını  yüksək dəyərləndiriəm. Bu qətiyyətli addımlar  ölkə vətəndaşları tərəfindən fə  dəstəklənir. Bu, bir daha təsdiqləyir ki, kadrların peşəkarlığı dövlət başçısının diqqət mərkəzindədir.
Möhtərəm Prezidentimiz yeni təyin olunmuş  Azərbaycanın Baş prokuroru Kamran Əliyevi  videoformatda qəbul edərkən səsləndirdiyi fikirlər də bir daha təsdiqləyir ki, genişmiqyaslı islahatların aparılması vacibdir.   Dövlət başçımızın  "sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz” – deməklə yeni təyin olunmuş Baş prokura böyük ümid bəslədiyini  diqqətə çatdırır.
Cənab Prezident bir daha tapşırdı ki, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvərxorluq olmamalıdır. Bu hallar  həm inzibati yollarla, həm institusional üsullarla , həm də cəza tədbirləri ilə aradan qaldırılmalıdır. Ümid edirəm ki,  prokurotrluq sistemində aparılan genişmiqyaslıislahatlar bu sahədə də əsaslı dönüş yaradacaq.  Möhtərəm Prezidentimizin dediyi kimi: "Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etsin, müstəqilliyimiz daim möhkəmlənsin. Əlbəttə ki, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır”.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları  Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
Xəbər 797 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR