Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə və müdafiə naziri general-polkovnik Zakir Həsənova başsağlığı verib.
Aktual.az xəbər verir ki, bu barədə məlumatı "TRT Haber" yayıb.
Məlumata görə, telefon danışığında türkiyəli nazir Qaraheybətdə həlak olan hərbçilərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
Xəbər 464 dəfə oxunub.