Hulusi Akar Azərbaycana minnətdarlıq edib

Hulusi Akar Azərbaycana minnətdarlıq edib

Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 104 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib.


Trend-in məlumatına görə, tədbirdə çıxış edən H.Akar qeyd edib: "Sarıqamış hərəkatından sonra Nargin adasında (indiki Böyük Zirə adası – red.) məcburi saxlanılan türk əsgərlərə göstərilən qardaş münasibəti və yardımını əsla unutmadıq və unutmayacağıq. Bu, hələ o zaman bizim bir millət, iki dövlət olduğumuzu təsdiq edən amillərdən biri idi”.

Xatırladıq ki, yanvarın 14-də Türkiyə tarixinin önəmli səhifəsi – Sarıqamış hərəkatının 104 illiyi qeyd olunacaq.

 
Aktual.az
Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR