"Huawei" mobil telefonların satışına görə "Apple"i üstələyib


 Çinin mobil telefon istehsalçısı "Huawei" şrikəti mobil telefonların satışında ikinci yerə yüksəlib.

"Report"un xarici "KİV-lərə istinadən verdiyi xəbərə görə, bu göstəricidə Çin şirkəti ABŞ-ın "Apple" şirkətini üstələyib.
Belə ki, "Huawei"n satışları aprel-iyun aylarında 38,6% artıb və 49,8 mln. ədəd təşkil edib, halbuki "Apple" bu müddət ərzində cəmi 44,7 mln. mobil telefon sata bilib.
Bununla belə,  Cənubi Koreyanın "Samsung" şirkəti isə lider mövqedədir. Bu şirkət müvafiq dövr ərzində 72,3 mln. ədəd telefon satıb.
Dünya mobil telefonları satışı isə ümumilikdə bu ilin ikinci rübündə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2% artıb və 374 mln. ədəd təşkil edib.
 
Aktual.az
Xəbər 439 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR