“Honda” 95 minə yaxın avtomobili geri çağırdı - SƏBƏB

“Honda” 95 minə yaxın avtomobili geri çağırdı - SƏBƏB
  • DÜNYA

"Honda" şirkəti Çin bazarında 95 minə yaxın avtomobili geri çağırıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.
Qeyd olunur ki, yastıqlar işə düşdüyü zaman parçalana bilər, bu isə sürücü və sərnişinlərin həyatı üçün təhlükə yaradır.
Geri çağırılma 2002-ci ilin noyabrından 2015-ci ilin iyununa kimi Çində istehsal olunmuş "Crosstour", "Fit", "City", "Accord", "Odyssey" və "Everus S1" modellərinə şamil olunub.
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR