“Hökumət uşaqpullarını verə bilmirsə, heç olmasa məktəblilərimizi gediş haqqından azad etsin

“Hökumət uşaqpullarını verə bilmirsə, heç olmasa məktəblilərimizi gediş haqqından azad etsin”

"Millət vəkili Fazil Mustafanın məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır”, fikirinə daha bir dəstək gəlib.
 
Bununla bağlı musavat.com saytına açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, təklif olunan məsələ BAXCP İdarə heyətində müzakirə olunmasa da, onlar partiya olaraq hələ 2017-ci ildən ölkəmizdə uşaq pulunun bərpa olunması məsələsini qaldırıblar:” 2 il bundan qabaq BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə təkliflə çıxış edərək, Azərbaycanda uşaq pullarının verilməsinin vacibliyini qaldırmışdı. Mən həmin çıxışı bu yaxınlarda özümün facebook səhifəmdə yenidən yaymışam. Qüdrət bəy 2017-ci ildə Bakıda keçirilən olimpiada qaliblərinin mükafatlarılma mərasimində gördüyü mənzərdən sonra bununla bağlı parlamentdə təklif etdi. 8-9-10-11 sinif şagirdlərimiz həddinən artıq zəif, beli bükülmüş və boyları xeyli dərəcədə aşağı vəziyyətdə olduğunu görən Qüdrət bəy bu məsələni ölkə gündəminə gətirmişdi. Və bunların boylarının kəskil şəkildə azalmasının səbəbi təbii ki, sosial vəziyyətin aşağı olması faktoruna görədir. O zaman bütün bunların aradan qaldırıması üçün hökümət tərəfindən ailələrə uşaq pullarının verilməsinin önəmli olduğunu biz bir partiya olaraq gündəmə gətirmişdik. Və biz hər zaman bir müxalifət partiyası olaraq sosial məsələrin həlli istiqamətində hökümətə çağrışlar edirik”.
Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün də ölkəmizdə əsas müzakirə uşaqpullarının verilməsi ilə bağlıdır:” Bu gün sosial şəbəklərin ən əsas müzakirəsi hökümətin uşaqpullarının nə zaman bərpa etməsi məsələsidir. Və bununla bağlı hökümətin ən yuxari səviyyəsində aparılan müzakirələrə münasibət bildirib. Biz də bir partiya olaraq düşünürük ki, bu gün hökümət uşaqpullarını bərpa etmək haqqında fikirləşmirsə, ən azından, heç olmasa, məktəbə gedən uşaqların avtobus haqqının ödənişindən azad edilməsi haqqında qərar verə bilər. Bilirsiniz, Azərbaycan xalqı uşaqsevər bir xalqdır. Ən azından hər ailədə 2 və ya 3 , hətta rayonlarımızda 5-6 övlad böyüyür. Təsəvvür edin, bir aildən 2-3 məktəbli dərsə gedirsə, bu , bir gün üçün 3 manata yaxın pul edir. Bu da həmin ailə üçün çətin vəziyyət yaradır. Düşünürük ki, uşaqpulları bərpa olunana qədər hökumət məktəblilərimizi avtobus, metor gediş haqlarından azad etsə, çox yaxşı olar."
Xəbər 682 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR