Hindistanda koronavirusun daha bir yeni növü aşkar edilib

Hindistanda koronavirusun daha bir yeni növü aşkar edilib

Hindistanlı həkimlər ölkənin Qərbi Benqaliya ştatında koronavirusun yeni növünü aşkar ediblər.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, SARS-CoV-2 virusunun yeni ştammı "B.1.618” adlandırılır.

Koronavirusun bu yeni növü ona insanın immun sistemindən yayınmağa kömək edən "E484K” adlı mutasiya ilə xarakterizə edilir.

Bu, koronavirusun Hindistanda aşkar edilmiş ikinci ştammıdır. Birinci ştamm "B.1.617” və ya ikili mutasiya etmiş koronavirus adı ilə tanınır.

Qeyd edək ki, "E484K” mutasiyası həmçinin koronavirusun Cənubi Afrika, Braziliya və Banqladeş ştammlarında da baş verib.
Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR