Hindistan-Çin qarşıdurması: Rəsmi Dehli güzəştə getmək istəmir

Hindistan-Çin qarşıdurması: Rəsmi Dehli güzəştə getmək istəmir
  • DÜNYA

Hindistan və Çinin şərqində yerləşən Ladaxdakı ayrılma prosesi iki qonşu arasındakı diplomatik və hərbi danışıqların doqquz raundundan sonra başa çatıb. 

HİT.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Hindistanın müdafiə naziri Rajnat Singh konqressdə çıxışında deyib. 

Bölgədəki Panqonq gölünün şimal və cənub sahillərindən qoşun və silahların çıxarıldığını deyən nazir, Konqressi Hindistan ordusunun şücaətinə şübhə etdiyinə görə qınayıb: "Bu, ən böyük fədakarlıq edən əsgərlərə təhqir deyilmi? Konqress, Hindistanın ərazisini Şərq qonşusuna verdiyini deyərək bizi ləkələməyə çalışdı. Bu bədəndə qan və can olana qədər heç kim bir qarış Hindistan torpağını ələ keçirə bilməz”. 

Qeyd edək ki, ötən il Çin əsgərləri ilə Qalvan toqquşmasında Hindistan ordusunun 20 hərbçisi öldürülmüşdü.  

Nazir deyib ki, Hindistan heç bir ölkənin öz sərhədində "birtərəfli hərəkət" etməsinə icazə verməyəcək və bu cür cəhdlərin qarşısı alınacaq.  

Rajnat Singhin sözlərinə görə, Baş nazir Narendra Modinin rəhbərlik etdiyi hökumət ölkənin birliyi, ərazi bütövlüyü və suverenliyi mövzusunda heç vaxt güzəştə getməyəcək. O, həmçinin vurğulayıb ki, Hindistan Hərbi Hava Qüvvələrinin bacarığı artaraq ən müasir döyüş təyyarəsinin silahlanmasına gətirib çıxarıb. "Biz indi hər bir ölkə ilə qarşılaşa bilərik”, - deyə o vurğulayıb. 
Xəbər 248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR