Hikmət Hacıyev: “Münaqişə demaqogiya və ya populizm obyekti olmamalıdır”

Hikmət Hacıyev: “Münaqişə demaqogiya və ya populizm obyekti olmamalıdır”

"Ermənistan tərəfi cəfəng bəyanatlar səsləndirmək əvəzinə, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində ən zəruri addımları atmalıdır”.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Bu, ilk növbədə Ermənistan qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır. Münaqişə demaqoqiya və ya populizm obyekti olmamalıdır. Ermənistan təcavüzkar ölkədir. Bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Münaqişənin həllində irəliləmək üçün bu məsələdə əsas amil olan işğalı aradan qaldırmaq lazımdır”, - o bildirib.
H.Hacıyevin sözlərinə görə, yalnız bundan sonra etimad yaradılması üzrə hansısa tədbirlər barədə danışmaq mümkün olacaq.
Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR