Hikmət Hacıyev: "Köçəri türk mənşəli sözdür"

Hikmət Hacıyev:

"Köçəri” sözünün erməni dilindən hərfi tərcüməsini bilmək çox maraqlı olardı. "Google”un tərcümə xidməti bununla bağlı heç bir nəticə göstərmir”.
 
APA-nın məlumatına görə, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "Twitter” səhifəsində yazıb.
 
"Erməni portalları "Köçəri”nin erməni rəqsi olduğunu yazır? Türk dilində "köçəri” sözü köçmək felindən yaranıb və "bir yerdən başqa yerə köçmək” deməkdir”, - deyə o, bildirib.
 
Qeyd edək ki, bu gün "Köçəri” rəqsi erməni rəqsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.  
 
Aktual.az
Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR