Hikmət Hacıyev: "Azərbaycan Ermənistana kifayət qədər güzəştlər edib"

Hikmət Hacıyev:

"Ermənistan prezidentinin Azərbaycanın güzəştlər təklif edə biləcəyi ilə bağlı bəyanatı həqiqətə ziddir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev brifinqdə jurnalistlərə deyib.
Onun sözlərinə görə, Azərbaycanın 25 ildir münaqişənin həlli üzrə danışıqlar prosesini dəstəkləməsi elə böyük güzəştdir.
"İlk növbədə, Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır. Status-kvo dəyişdirilməlidir. Yalnız bu halda məsələnin siyasi həllinə və regionda sülhə nail olmaq mümkündür", - H.Hacıyev bildirib.
 
Aktual.az
Xəbər 70 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR