Son zamanlar prezident
İlham Əliyevin həyata keçirdiyi islahatlar bəzi məmurları vəzifəsini itirmək qorxusuna
salıb.
Aktual.az xəbər verir ki, "Vətəndaş” İctimai
Birliyinin sədri Günel Səfərovanın Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də struktur islahatlarına aid
edilməsi barədə təklifinə vətəndaş cəmiyyətindən dəstək gəlib.
Neftçilərin
Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının "Ailə uşaq komitəsinə
ehtiyac duyulur ki? Yaxud bu komitənin varlığını kimsə hiss edir ki? Bu komitə
demək olar ki yoxdur” şərhi Komitənin İnformasiya və Analitik araşdırmalar
şöbəsinin müdiri Elgün Səfərovu həyəcanlandırıb. O, Mirvari Qəhrəmanlını təhqir
edib:
"Dövlət Komitəsinin
fəaliyyətini görməyən kör insandır. Sadaladığınız insanlar Hicran Hüseynovanın
kadrlarıdı. Xanımın rəhbərliyi və dəstəyi ilə formalaşıblar. Komitə Azərbaycanda
gender bərabərliyi və məişət zorakılıqla mübarizə sisteminin yaradılmasında
iştirak edib. Bizim fəalliyətimiz hər gün aparılır: təlimlər, proqramlar,
hesabatlar, preventiv tədbirlər, qurbanlarla iş, psixolojı və hüquqi yardım və
s. Olan səlahiyyətlərlə müqayisə etsək bu son 15 il ərzində görülən işlər
müqayisəedilməzdi. Bu işdə Hicran xanımın çox böyük töhvəsi var. QHT-nin və
Komitənin fəalliyyəti birgə olmalıdı. QHT-lər dəstək almalıdı. Komitə ləğv
edilsə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində mərkəzi
qurum olmayacaq. Sonda bir sözdə deyim: İt hürər, karvan keçər”.
Mirvari Qəhrəmanlı
isə təhqir olunduğunu bildirib: "Kor özünsən.Ayıb olsun sənə. Heç gözləməzdim səndən.
Mən düşündüyümü, gördüyümü deyirəm. Buna görə məni təhqir eləməlisən ki? Sonda
isə deyirəm; İt özünsən.Tərbiyəsiz! Mən fikrimi bildirdim sən məni təhqir
etdin. Bəlkə də nəvəm yaşındasan. Sənə kim haqq verib məni təhqir etməyə? Səni
aşağılayacaq nəsə yazdım ki? Yenə də utan, yerə gir. Mən səni tərbiyəli peşəkar
bir insan hesab edirdim. Gör sizə müraciət edən qadınlarla necə davranırsınız”.
Mirvari Qəhrəmanlı Elgün Səfərova, ondan üzr gözlədiyini xatırladıb. E.Səfərova isə bundan sonra susaraq heç bir şərh yazmayıb.
Aktual.az şərhləri təqdim edir: