Heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı genişləndirilib

Heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı genişləndirilib

Nazirlər Kabineti "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nda dəyişikliklər edib.


Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliklərə görə, heyvanlarda bruselyoz xəstəliyi üzrə aparılan planlı profilaktiki müayinələr dayandırılıb.

Həmçinin heyvanların ümumi xəstəlikləri siyahısına blutanq, atların qripi, atların rinopnevmaniyası xəstəlikləri əlavə edilib.

Baytarlıq sahəsində dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinə tələb olunan əlavə vəsait cari ilin dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilsin.

 
Aktual.az
Xəbər 37 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR