Bu sözləri "aktual.az” saytına açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev deyib.
"Heydər Əliyev böyük dühadır. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun adı, xatirəsi Azərbaycan var olduqca qəlblərdə yaşayacaq. Heydər Əliyev Azərbaycanı bir çox bəlalardan xilas edən, dövlətçiliyimizi qoruyan, bu xalqı öz məqsədyönlü siyasəti ilə tərəqqiyə doğru aparan parlaq liderdir. Ümumilli Lider bütün həyatını öz xalqına həsr edib. Heydər Əliyev çətin dövrlərdə yenidən hakimiyyətə qayıdıb, əsl XİLASKAR olub. Heydər Əliyev müasir Azərbaycanın qurucusu, banisidir.
Tanrı Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Heydər Əliyev ideyalarının əsas prioriteti olan güclü, qüdrətli, müstəqil Azərbaycan daim yaşasın, var olsun” – deyə millət vəkili fikirlərinə davam edib.