Həsən Ruhani: "ABŞ və müttəfiqlərinin hədəfi İrandakı quruluşu məhv etməkdir”

Həsən Ruhani:

 "ABŞ və müttəfiqiləri ilə iqtisadi və psixoloji müharibə vəziyyətindəyik”.

"Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Gilana səfəri zamanı təşkil edilən mitinqdə bildirib.
"Onların hədəfi quruluşumuzu məhv etməkdir. Ancaq biz buna yol verməyəcəyik. İran xalqı və rəhbərliyi düşmənə qarşı birlikdə müqavimət göstərəcək. ABŞ İrandan 40 il əvvəlki vəziyyətə dönməyi tələb edir. Biz də geri dönməyəcəyimizi deyirik. Suverenlik, azadlıq və demokratiya yoluna davam edəcəyik”, - o vurğulayıb.
Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR