Hesablama Palatası QHT Agentliyində aşkarlanan əsas nöqsanları açıqlaydı

Hesablama Palatası QHT Agentliyində aşkarlanan əsas nöqsanları açıqlaydı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində aparılan auditin nəticəsində müəyyən olunub ki, layihələrdə iştirakçı sayı şişirdilir.

Bunu APA-ya müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Vüqar Gülməmmədov deyib ki, beynəlxalq tədbirlərdə də belə hallar var: "Xidmət olunan yer göstərilmir, xidmətin nədən ibarət olduğu sənədlərdə ən yaxşı halda bir sətirli cümlə ilə rəsmiləşir. Ümumiyyətlə tədbirin keçirilməməsi, lakin sənəddə rəsmiləşdirilməsi riskləri yaranır. Vəsaitlərin istifadəsini təsdiq edən sənədlərin, o cümlədən, foto, video şəkillərin olması tələbi Agentliyin hesabatlıqla bağlı inzibatçılığı müəyyən edilir. Bu da səbəbsiz deyil, qrant vəsaitinin, xüsusilə, dövlət vəsaiti əsasında formalaşan qrantın hesabatlılığını təmin etmək mütləqdir”.
Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR