“Hərbi əsirlərin mübadiləsi daha əlverişli fon yarada bilər” – Nazir

“Hərbi əsirlərin mübadiləsi daha əlverişli fon yarada bilər” – Nazir

"Azərbaycan dəfələrlə hər iki tərəfdə saxlanan şəxslərin "hamı hamıya” prinsipinə uyğun mübadiləsini təklif edib”.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Kommersant”a müsahibəsində deyib.
Onun sözlərinə görə, saxlanılan şəxslərin və hərbi əsirlərin "hamı hamıya” prinsipinə uyğun olaraq mübadiləsi dünya təcrübəsində qəbul olunur və dəstəklənir: "Bu, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də dəstəklənir. Əminik ki, bu, danışıqların gələcək inkişafı və hər iki ölkənin cəmiyyətlərinin sülhə hazırlığı üçün daha əlverişli emosional fon yarada bilər”.


Xəbər 257 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR