Hərbi attaşemiz "Akıncı"nın təqdimat mərasimində

Hərbi attaşemiz

"Bayraqdar” texnologiya şirkəti tərəfindən istehsal olunan (Akıncı Taarruzi İnsansız Hava Aracı -TİHA) pilotsuz zərbə aparatlarının Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilməsi münasibətilə Təkirdağda keçirilən tədbirdə Azərbaycan da təmsil olunub.

Azərbaycanın Ankaradakı səfirliyindən Axar.az-a verilən məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak və çıxış etdiyi tədbirdə Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov da iştirak edib.

Qeyd edək ki, "Akıncı” TİHA inkişaf etdirilmiş texniki imkanlar sayəsində döyüş təyyarələrinə məxsus bəzi funksiyaları həyata keçirmək qabiliyyətinə malikdir. Azərbaycan Ordusunun gələcəkdə "Akıncı” TİHA-nın sifarişçilərindən olacağı ehtimal edilir.


Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR