Həkimdən xəbardarlıq: “Hazırkı durum üçüncü dalğanın pik həddidir” (VİDEO)

Həkimdən xəbardarlıq: “Hazırkı durum üçüncü dalğanın pik həddidir” (VİDEO)

"May ayında ictimai nəqliyyatın fəaliyyətinə qoyulacaq qadağa koronavirusa yoluxma sayına öz təsirini göstərəcək. Bu qadağa effektini tətbiq olunduqdan 15-20 gün sonra göstərəcək”.

Bunu "ARB 24”ün "Nə baş verir?” verilişinə açıqlamasında həkim İmran Mirizadə deyib. O bildirib ki, gündəlik yoluxma sayının 2000-3000 civarında olmasını müsbət dinamika kimi dəyərləndirmək olar:

"Hazırkı durumu üçüncü dalğanın pik həddi adlandırmaq olar. Ümid edirəm ki, bundan sonrakı rəqəmlər azalmağa doğru gedəcək. Bu dalğada rəqəmlərin belə stabil qalması tətbiq olunan qadağaların nəticəsidir”.

Peyvəndlənmə prosesi barədə də danışan həkim qeyd edib ki, bəzi insanlar peyvənd olunmaqdan hansısa səbəblərə görə yayınırlar:

"Bəzi vətəndaşların peyvəndə qarşı hələ də fobiyası var. Mən özüm reanimasiyada yatan xəstələrin müalicəsi ilə məşğul oluram. Onlardan ilk soruşduğum məsələ peyvənd olunub-olunmamasıdır. Əksəriyyəti 60 yaşdan yuxarı insanlar olmasına baxmayaraq, onlar peyvəndlərlə bağlı şayiələrə inanaraq vaksinasiya olunmaqdan imtina ediblər”.

Xəbər 26 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR