“Heç bir vətəndaş bu diqqətdən kənarda qalmayacaq” – QHT sədri

“Heç bir vətəndaş bu diqqətdən kənarda qalmayacaq” – QHT sədri

"Azərbaycanda koronavirus pandemiyasına qarşı aparılan mübarizə çərçivəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı siyasət doğru istiqamətdədir”.

Koronavirus pandemiyası dönəmində Azərbaycanda sosial sahədə görülən işlər barədə Teleqraf.com-a danışan QHT ) sədr Niyaməddin Orduxanlı belə deyib.

Partiya rəsmisinin sözlərinə görə, Azərbaycanı Avropanın ən inkişaf etmiş ölkələri və ABŞ-la müqayisə edəndə, hansı üstünlüyümüzün olduğunu görürük:

"İstər itkilərin, istərsə də yoluxma hallarının az olması bu uğurlu siyasətin davamının nəticəsidir. Bunlar dövlətin mühafizəsi, vətəndaş və xalqın qorunması istiqamətində atılan addımlardır. İlk gündən Prezident İlham Əliyev bu prosesi öz üzərinə götürdü, onun rəhbərliyi ilə bu istiqamətdə aparılan işlər bu gün də davam etdirilir. Yardıma ehtiycı olan hər bir vətəndaş sosial sahədə görülən bu işlərdən kənarda qalmır. Söhbət 600 min insandan gedir. Burada həm sahibkarların, həm vətəndaşların, həm də aztəminatlı ailələrin müdafiəsi istiqamətində dövlət öz üzərinə düşən öhdəliyi kifayət qədər həyata keçirir.

Paralel olaraq, maddi imkanları yüksək olan şəxslərin də aztəminatlı ailələrə yardımı reallaşdırılır. Bura icra hakimiyyətlərinin atdığı addımları da əlavə etmək istəyirəm. Məsələn, Abşeron rayonu icra hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonda yeddi min aztəminatlı ailəyə ərzaq yardımı edib. Yəni həm dövlət strukturları, həm sahibkarlar, həm də böyük şirkətlər insanlara yardım əllərini uzadırlar. Bu gün xarici ölkələrdən gələrək, karantinə alınan insanlar bahalı otellərdə yerləşdirilib, ərzaqla təmin olunub. Kompleks baxanda, Azərbaycan dövlətinin uğurlu mübarizə sisteminin ortada olduğunu görürük”.

Niyaməddin Orduxanlı qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində fondun qurulması, qısa vaxtda bura böyük həcmdə maddi vəsaitlərin köçürülməsi nəzərdə tutulan işlərin yüksək səviyyədə həyata keçirilməsinin nəticəsidir:

"Bunun nəticəsidir ki, ölkədə 1400 virusa yoluxan şəxsin 600 nəfəri sağaldılaraq evlərinə buraxılıb. Bunun fonunda ölüm faktorlarının az olması da, bura daxildir. Azərbaycan digər ölkələrlə müqayisədə ölçülüb-biçilmiş bir siyasət həyata keçirir. İstər Avropa, istər ABŞ, istərsə də MDB ölkələri ilə müqayisədə öncül olduğumuzu göstərə bilirik. Təsadüfi deyil ki, dünyanın ən nüfuzlu media qurumlarında Azərbaycan bir örnək olaraq göstərilir”.

Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR