Həbsdə olan dünya çempionu son söz üçün vaxt istəyib

Həbsdə olan dünya çempionu son söz üçün vaxt istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Bəhruz Dilbazinin nümayəndəsi çıxış edərək təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini istəyib.
Ehram Məcidovun vəkilləri çıxışlarında müvəkilləri barəsində verilən ittihamın Cinayət Məcəlləsinin 127-ci ( sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilməsini xahiş ediblər.
Prosesdə təqsirləndirilən şəxsə son söz verilsə də, o, çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə iyunun 25-də davam edəcək.
Xatırladaq ki, prokuror çıxış edərək Ehram Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.
Qeyd edək ki, Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR