“Hazırda “S-400” lərin nəqli ilə bağlı hazırlıq davam edir” – Ərdoğan

“Hazırda “S-400” lərin nəqli ilə bağlı hazırlıq davam edir” – Ərdoğan

"Hazırda "S-400” Zenit raket-müdafiə sisteminin Rusiyadan Türkiyəyə nəqli ilə bağlı hazırlıq davam edir”.

APA-nın xəbərinə görə, bunu Bosniya və Herseqovinaya səfərdən öncə Atatürk Hava limanında jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan "S-400” Zenit raket-müdafiə sisteminin Türkiyəyə nə vaxt çatacağına dair konkret tarix verməyib: "Yükləmə, daşıma sahəsində tədbirlər görülür. Rusiya ilə razılaşdığımız tarixlər var. Burada yerləşdiriləcək yerlə bağlı Milli Müdafiə Nazirliyi məşğuldur. Bunlar başa çatandan sonra gələn "S-400”lər Türkiyədə yerləşdiriləcək”.
Qeyd edək ki, Türkiyənin Rusiyadan "S-400” Zenit raket-müdafiə sistemini almasına dair razılaşması ABŞ və NATO ölkələrinin narazılığına səbəb olub. Bu razılaşmanın baş tutmayacağına dair iddialar səslənib. Lakin Türkiyə tərəfi bu razılaşmanın heç bir halda pozulmayacağını bəyan edir.
 
Aktual.az
Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR